...

Azercell Honkonqla rouminq sazişi bağlayıb

Telekommunikasiya Materials 4 Aprel 2007 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend müxbir S.Babayeva/ Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom BM müştərilərinin istifadəsinə GPRS/MMS sahəsində Honkonqun "PCCW Mobile HK Limited" operatoru ilə rouminq xidməti istifadəyə verib. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib. Bu Honkonqla olan 6-cı operator sazişidir. Azercell abonentləri bu ölkənin Smar Tone-Vodafone, CSL Ltd, People, HKCSL və Sunday operatorları ilə olan rouminq xidmətlərindən istifadə edirlər.

Hazırda Azercell Telecom BM-in 36 ölkənin 78 şəbəkə operatoru ilə GRPS/MMS sazişi var.

Şirkətin abonentlərinin sayı 2,4 mln nəfərdən artıqdır. 1997-ci ildə - fəaliyyətinin ilk dövrlərində isə bu say cəmisi 10 min idi. Şirkətin rabitə dairəsi Azərbaycan ərazisinin 77, əhalisinin isə 99 faizini təşkil edir.

1996-cı ilin 15 dekabrından fəaliyyətə başlayan şirkət müştərilərə sonradan ödəmə sistemi ilə xzidmətlər təklif edir.

Azercell Telecom BM 1996-cı ildə yaradılıb. İlkin təsisçilər qismində Fintur Holdings BV və Azərbaycanın Rabitə Nazirliyi çıxış edib. Fintur Holdings BV-nin səhmlərinin 58,55 faizi TeliaSonera şirkətinə, 41,45 faizi isə Turkcell-ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti