...

Azərbaycan Ümumdünya İnformasiya Cəmiyyəti gününə hazırlaşır

Telekommunikasiya Materials 2 May 2007 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanda Ümümdünya İnformasiya Cəmiyyəti günü qeyd olunacaq. Bu barədə çərşənbə günü Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin rəhbəri Rüfət Gülməmmədov məlumat verib. Tədbir mayın 17-də nazirlik və onun bölmələrinin Fəxri Xiyaban və Şəhidlər Xiyabanına ziyarətindən sonra başlayacaq.

Tədbirə nazirliklərin rəsmi şəxsləri, ölkənin IT şirkətləri dəvət olunacaq. Onun sözlərinə görə, tədbirdə müzakirə olunacaq əsas məsələ "Elektron Azərbaycan" 2005-2008-ci illər Dövlət Proqramı üzrə işlərin yekunları olacaq.

27 mart 2006-cı ildə BMT Baş Assambleyası 2005-ci ilin noyabrında Tunisdə keçirilən İnformasiya cəmiyyəti üzrə Ümumdünya Sammitdə qəbul olunmuş Tunis öhdəlikləri və informasiya cəmiyyəti üçün proqramı bəyənib.

Baş Assambleya üzvləri hətta 17 mayı Ümumdünya İnformasiya Cəmiyyəti günü kimi də elan ediblər. Artıq ikinci dəfədir ki, Azərbaycan bu günü qeyd edir.

Xəbər lenti

Xəbər lenti