...

Azərbaycan-İsrail İT forumu iyuna qədər təxirə salınıb

Telekommunikasiya Materials 7 May 2007 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Bakıda keçirilməsi planlaşdırılan informasiya texnologiyaları üzrə birinci Azərbaycan-İsrail biznes-forumunun tarixi dəyişdirilib. Bazar ertəsi günü İsrailin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, forum iyun ayında baş tutacaq.

Mayın 7-8-ə nəzərdə tutulan forum bəzi Azərbaycan rəsmilərinin ölkədə olmaması səbəbindən təxirə salınıb. Qərara alınıb ki, forum iyunun 25-26-də keçirilsin.

Forumda iştirak məqsədilə Bakıya İsrailin İxrac və Beynəlxalq Əməkdaşlıq İnstitutunun (The Israel Export and International Cooperation Institute) nümayəndələrindən ibarət heyətin, habelə İsrail şirkətləri təmsilçilərinin gələcəyi planlaşdırılır.

Səfərin ilk günündə qonaqların "Azərcell Telecom" və "Aztelekom"da görüşləri nəzərdə tutulur. İyunun 26-da isə genişləndirilmiş İT forumu keçiriləcək. Forumda iştirak etmək üçün İT sahəsində çalışan orta və kiçik müəssisələrin nümayəndələri, habelə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbər şəxsləri dəvət olunub.

Foruma dəvət edilən Azərbaycan şirkətlərinin sayı 30-a bərabərdir.

Xəbər lenti

Xəbər lenti