...

Nazir: Azərbaycanda əqli mülkiyyətin qorunması gücləndirilməlidir (video)

Telekommunikasiya Materials 26 İyun 2007 13:20 (UTC +04:00)
Nazir: Azərbaycanda əqli mülkiyyətin qorunması gücləndirilməlidir (video)

Azərbaycan, Bakı / müx. Trend S.Babayeva/ Payızda Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi parlamentə əqli mülkiyyətin qorunmasının gücləndirilməsi ilə bağlı təklifləri təqdim edəcək. Bu barədə çərşənbə axşamı rabitə naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, müvafiq tədbir ABŞ-ın "Booz Allen Hamilton" konsaltinq şirkətinin Azərbaycanda regional innovasiya zonasının yaradılmasına dair təkliflərindən biridir.

"Regional innovasiya zonası böyük insan resurslarını tələb edir və əqli mülkiyyətin istehsal və xidmətlərini nəzərə alsaq, əqli mülkiyyətin qorunmasına dair qanunun tətbiqini ən yüksək səviyyədə təşkil etmək lazımdır" - deyə nazir vurğulayıb.

Abbasovun sözlərinə görə, Azərbaycanda müvafiq mexanizmin tətbiqi və müdafiəsi üçün möhkəm əsaslara malik zəmint yaradılmalıdır.

Regional İnnovasiya Zonasının yaradılması layihəsi kiçik və orta innovasiya sahibkarlığın yaradılmasını nəzərdə tutur. Eyni zamanda layihə elektron avadanlıq və proqram təminatının istehsalı ilə ixracını, ölkənin tranzit informasiya mərkəzinə çevrilməsini (Data Centre) planlaşdırılır.

Nazirlikdə hesab edirlər ki, layihənin Azərbaycan, o cümlədən bütövlükdə Xəzər regionu üçün reallaşdırılması sahibkarlığın inkişafına təkan verəcək, yeni iş yerləri açılacaq, nəticədə bu, yüksək iqtisadi artıma gətirib çıxaracaq.

Xəbər lenti

Xəbər lenti