...

Azərbaycanın rabitə naziri CeBiTCiS-in açılışında iştirak edəcək

Telekommunikasiya Materials 7 İyul 2007 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iyulun 9-da Bakıda Heydər Əliyev adına idman -konsert kompleksində baş tutacaq CeBiTCiS kompüter və informasiya texnologiyaları üzrə birinci beynəlxalq sərginin açılış mərasimində iştirak edəcək. Sərgidə 20 ölkədən 90 şirkətin iştirak edəcəyi gözlənilir. Bu ölkələrə Azərbaycan, Honkonq, Belçika, Macarıstan, Rusiya, Türkiyə, Rusiya, İran və digər ölkələri daxildir.

Nazirliyin tətbuat xidmətindən verilən məlumata görə, sərgi günlərində həmçinin Bakıda 400 nümayəndənin iştirakı ilə analoji mövzu ilə bağlı seminar keçiriləcək. CeBiTCiS Azərbaycanın Rabitə Nazirliyi və Milli Teleradio Yayım Şurası tərəfindən dəstəklənir. Tədbirin təşkilatçısı İranın G.C.C şirkətidir və bununla əlaqədar olaraq tədbirin açılışında İranın Azərbaycandakı səfiri Naser Hamedi və İranının Rabitə Nazirliyinin nümayəndə heyəti iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti