Azərbaycan, Bakı / Trend / Göyçay rayonunun Telekommunikasiya Qovşağı Elektron Avtomat Telefon Stansiyasının (EATS) quraşdırılması ilə bağlı tender elan edib. Tender komissiyasının verdiyi məlumata görə, Bığır kəndində quraşdırılacaq stansiya 512 nömrə üçün nəzərdə tutulur.
Maraqlı şirkətlərin təklifləri iyulun 30-dək qəbul olunacaq.
Azərbaycanda rabitənin təkmilləşdirilməsi ilə bağlı işlər "Elektron Azərbaycan" və Azərbaycan bölgələrinin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramkfhı çərçivəsində aparılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə hər 100 ailəyə 68 stasionar telefon aparatı düşür.