...

Mobil rabitə operatoru "Azərfon" şəbəkəni sınaqdan keçirir

Telekommunikasiya Materials 25 Avqust 2007 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xalilova/ Nar Mobile şəbəkəsinin əhatə dairəsinin sınaqdan keçirilməsi məqsədilə avqustun 25-də "Azərfon" MMC (şəbəkə operatoru) Azərbaycanın şimal rayonlarında aksiya keçirir. Marşrut Sumqayıt, Xızı, Siyəzən, Dəvəçi, Quba, Qusar rayonlarını əhatə edir.

Aksiyanın əsas məqsədi marşrut üzrə Nar Mobile şəbəkəsində arasıkəsilməz siqnalın sınaqdan keçirilməsidir.

Hazırda Nar Mobile şəbəkəsinin əhatə dairəsi Azərbyacanın 80%-ni təşkil edir. Bakı, Naxçıvan, həmçinin Babək, Nabran, Yalama, Samur və digər ərazilərdə stansiyalar quraşdırılıb. Bu yay 100 əlavə stansiya istismara verilib. Əlavə baza stansiyalarının istismara verilməsi şəbəkənin tutumunu və xidmətlərin keyfiyyətini artırmağa imkan verib. Kommersiya fəaliyyətinin başlanğıcından (21 mart, 2007-ci il) Nar Mobile mobil rabitəsinin tarifləri "Pulsuz dəqiqələr" xidmətinin tətbiq olunmasından sonra iki dəfə aşağı endirilib.

Xəbər lenti

Xəbər lenti