...

Azərbaycan Mərkəzi Bankı əməkdaşlarının tibbi sığortası üzrə tender elan edib

Tender müsabiqələri Materials 2 Sentyabr 2011 12:16 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığortası üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə Tender Komissiyasının cümə günü rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir.
Azərbaycan Mərkəzi Bankı əməkdaşlarının tibbi sığortası üzrə tender elan edib

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığortası üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə Tender Komissiyasının cümə günü rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir.

Tenderdə iştirak haqqı 100 manatdır. İddiaçıların təklifləri və bank təminatı 14 oktyabr saat 14:00-dək, digər zəruri sənədlər isə 6 oktyabr saat 18:00-dək qəbul olunur. Tender proseduru 17 oktyabr saat 16:00-da AMB-nin inzibati binasında baş tutacaq.

Tenderdə iştirak etmək istəyən iddiaçılar ərizə, hüquqi statusu əks etdirən sənədlər, tenderdə iştirak haqqının ödənilməsinə dair bank arayışı, tender təklifləri, tender təklifinin qiymətinin bir faizi məbləğində bank təminatı, son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı, iddiaçının 2010-cu il üzrə auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış, ən azı iki korporativ müştəri tərəfindən tövsiyə məktubu təqdim etməlidirlər.

Xidmətin göstərilməsinə başlanma vaxtı - 21 noyabr 2011-ci il, xidmətin göstərilməsi müddəti - 12 ay.

Əlaqələndirici şəxs: Əfqan Baxışov, afgan _bakhishov @cbar.az, tel.: 493 11 77 (daxili 482).

Sentyabrın 2-nə rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti