...

Dövlət Məşğulluq Agentliyi startap layihələrini dəstəkləyəcək

Tender müsabiqələri Materials 28 Noyabr 2020 13:59 (UTC +04:00)
Dövlət Məşğulluq Agentliyi startap layihələrini dəstəkləyəcək

Bakı. Zeyni Cəfərov - Trend:

"Dövlət Məşğulluq Agentliyi" publik hüquqi şəxsi startap layihələrin dəstəklənməsi üçün zəruri aktivlərin satın alınması üzrə tender elan edib.

Trend-in məlumatına görə, tender bir lot üzrə keçiriləcək.

Tenderdə iştirakın məbləği 50 manat təşkil edir. İştirak etmək arzusunda olanlar dekabrın 18-dək zəruri sənədləri təqdim etməli, təklifəri isə dekabrın 28-dək irəli sürməlidir.

Tender paketlərinin açılması dekabrın 29-da baş tutacaq.

Əlavə məlumatı (+994 12) 4977134 telefon nömrəsindən öyrənmək olar.

Ünvav: Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti