...

Finnair sərnişinlərdən koronavirus testinin nəticələrini tələb edəcək

Turizm Materials 23 Yanvar 2021 01:56 (UTC +04:00)
Finnair sərnişinlərdən koronavirus testinin nəticələrini tələb edəcək

Bakı. Trend:

Finlandiya aviaşirkəti "Finnair" ölkəyə gələn bütün sərnişinlərdən koronavirus testinin mənfi cavab sertifikatını tələb edəcək.

Trend TASS-a istinadən xəbər verir ki, tələb tranzit sərnişinlərə şamil olunmayacaq.

"28 yanvar tarixindən etibarən "Finnair" sərnişinlərdən şirkətin hər hansı bir təyyarəsi ilə Finlandiyaya səyahət edərsə, koronavirus testinin mənfi cavab və ya daha əvvəl sözügedən xəstəliyin keçirilməsi barədə sertifikatın təqdim edilməsini tələb etməyə başlayacaq", - xəbərdə deyilir.

Bundan əlavə, xaricdən Helsinki-Vantaa hava limanına gələn bütün sərnişinlərin bir daha koronavirus testinə göndəriləcəkləri bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti