...

PCR test ləğv edilsə, turistlərin sayında artım olacaq - AzTA

Turizm Materials 12 Aprel 2022 13:02 (UTC +04:00)
PCR test ləğv edilsə, turistlərin sayında artım olacaq - AzTA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Pandemiyanın səngiməyini nəzərə alsaq, ölkəmizə daha çox turist cəlb edə bilərik.

Bunu Trend-ə açıqlamasında "Azərbaycan Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.

Onun sözlərinə görə, əsasən də Rusiyadan turist axınını artırmaq olar.

"Turist axınını bərpa etmək üçün ilk növbədə ölkəmizə gediş-gəlişi asanlaşdırmaq lazımdır. Quru sərhədlərimiz bağlıdır. Təyyarə ilə gələnlərdən isə koronavirusla bağlı PCR test və vaksin pasportu tələb olunur. Ölkəmizə gəlmək istəyən turist PCR test üçün əlavə xərcə düşməməyə görə səyahətdən imtina edir. Bir çox ölkələrdə vaksin pasportu varsa, PCR testə ehtiyac olmur. PCR test yığışdırılsa, turistlərin sayında artım olacaq",- deyə Assosiasiya sədri bildirib.

Bundan başqa Ə.Qurbanovun sözlərinə görə, turist cəlbi üçün infrastruktur genişləndirilməlidir:

"Yayda əsasən turistlər çimərlik turizminə üstünlük verirlər. Xəzər dənizində sahiboyu hotellərin sayı artmalıdır. Çimərliyə çıxışı olan hotellərin çox olması turistlərin ölkəmizə daha çox gəlməsinə səbəb olacaq. Digər turizm növlərinin ölkəmizdə tətbiqini artırmaq lazımdır. Gəmi, çadır, dağ, qatar turizmini geniş tətbiq edərək daha çox turist cəlb edə bilərik", - Ə.Qurbanov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti