...

"Neft Daşları" yatağında yeni quyular qazılır

Energetika Materials 19 İyul 2013 18:47
“Neft Daşları” yatağındakı 1887 nömrəli özüldən 2678 nömrəli quyuda qazma işləri davam etdirilir.
"Neft Daşları" yatağında yeni quyular qazılır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 iyul /Trend/

"Neft Daşları" yatağındakı 1887 nömrəli özüldən 2678 nömrəli quyuda qazma işləri davam etdirilir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 3200 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.

Yataqdakı 2521 nömrəli özüldən qazılan 2534 nömrəli quyunun layihə dərinliyi 2400 metrdir. Qala Lay Dəstəsinə qazılan quyudan sutkada 15 ton neft hasil olunacağı gözlənilir.

2585 nömrəli özüldən 2595 nömrəli quyunun da qazma işləri davam etdirilir. Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2230 metrdir. Geoloqların hesablamalarına görə, quyudan sutkada 30 ton neft hasil olunacaq.

Qeyd edək ki, quyularda qazma işləri "Neft Daşları" NQÇİ-nin sifarişi ilə "Neft Daşları" Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti