...

Prezident İlham Əliyevə Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportu təqdim edilib (FOTO)

Siyasət Materials 2 Sentyabr 2013 19:08
Sentyabrın 2-də Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun Prezident İlham Əliyevə təqdim edilməsi mərasimi olmuşdur.
Prezident İlham Əliyevə Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportu təqdim edilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Sentyabrın 2-də Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun Prezident İlham Əliyevə təqdim edilməsi mərasimi olmuşdur.

Son illər ölkəmizdə sürətli iqtisadi inkişaf proseslərinin həyata keçirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması, sosial infrastruktur layihələrinin uğurla icra olunması, dövlət orqanlarında işlərin operativ həlli və bu sahədə bürokratik əngəllərin aradan qaldırılması istiqamətində ardıcıl işlər görülür. Bakıda və regionlarda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması, dövlət idarələrində digər müasir xidmət növlərinin yaradılması olduqca əhəmiyyətlidir. Azərbaycanda, eyni zamanda, vətəndaşlara müasir texniki xidmətin ən yüksək dünya standartları səviyyəsində göstərilməsi sahəsində də məqsədyönlü tədbirlər görülür. Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun hazırlanması da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı"nın, həmçinin "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə" 2012-ci il 17 iyul tarixli 686 nömrəli Fərmanın tələblərinin vaxtında təmin edilməsi məqsədilə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Şəxsiyyəti təsdiq edən sənədlərin verilməsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilmiş, ümumvətəndaş, xidməti və diplomatik pasportların təsviri, spesifikasiyası və nümunələri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 687 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Şəxsiyyəti təsdiq edən yeni nəsil biometrik sənədlərin tətbiqi məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanlarının mütəxəssislərindən ibarət İşçi Qrupu yaradılmış, bu sahədə beynəlxalq səviyyədə tanınmış şirkətlərin təcrübəsi və əldə olunan nailiyyətlər öyrənilmiş, pasportların təsviri və spesifikasiyası hazırlanmışdır. Ümumvətəndaş pasportlarının hazırlanması və verilməsi məqsədilə 9 regional mərkəz yaradılmışdır. Bu mərkəzlərdə xidmət üçün ən yüksək şərait vardır.

Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportu Prezident İlham Əliyevə təqdim edildi.

Beləliklə, sentyabrın 2-dən ölkəmizdə yeni nəsil biometrik pasportların verilməsinə başlanıldı. Vətəndaşlar ödədikləri dövlət rüsumunun məbləğindən asılı olaraq on, beş və bir iş günü ərzində ümumvətəndaş pasportları ilə təmin oluna biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti