...

Türkiyə hakimiyyəti ordunu siyasətdən uzaqlaşdırmaq istəyir - Milli İstihbarat Təşkilatının keçmiş analitiki

Nəzər nöqtəsi Materials 5 Fevral 2010 10:40 (UTC +04:00)
Türkiyə Milli İstihbarat Təşkilatının (Milli Kəşfiyyat Komitəsi) keçmiş analitiki Mahir Kaynak hesab edir ki, Türkiyə hakimiyyəti ordu rəsmiləri ilə razılaşdırılmış şəkildə hərbçiləri siyasətdən uzaqlaşdırmaq istəyir.
Türkiyə hakimiyyəti ordunu siyasətdən uzaqlaşdırmaq istəyir - Milli İstihbarat Təşkilatının keçmiş analitiki

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir R.Hafizoğlu/

Türkiyə Milli İstihbarat Təşkilatının (Milli Kəşfiyyat Komitəsi) keçmiş analitiki Mahir Kaynak hesab edir ki, Türkiyə hakimiyyəti ordu rəsmiləri ilə razılaşdırılmış şəkildə hərbçiləri siyasətdən uzaqlaşdırmaq istəyir.

"Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Türkiyə Ordusunun Baş Qərargah rəisi İlker Başbuğ ordunun siyasətdən uzaqlaşdırılması məsələsində razılaşıblar", - cümə axşamı Kaynak Ankaradan telefonla Trend -a bildirib.

Trend - un arayışı: Türkiyənin iqtidaryönlü "TARAF" qəzetinin iddiasına görə, Türkiyə Silahlı Qüvvələri ölkə hakimiyyətini devirmək üçün "Balyoz" adlı xüsusi plan hazırlayıb. Hazırlanan plana əsasən, İstanbuldakı "Fatih Camisi" və "Bəyazid" məscidlərini cümə namazı zamanı partlatdıqdan, ölkənin hərbi muzeyinə hücum təşkil etdikdən, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bir neçə qırıcı təyyarəni partladaraq bunu yunan tərəfinin üzərinə atdıqdan sonra Türkiyə Silahlı Qüvvələri ölkədə yaranacaq xaosdan istifadə edərək hakimiyyəti devirəcəkdi. Qəzetin iddiasına görə, planın hazırlanmasında və həyata keçirilməsində Türkiyə Silahlı Qüvvələrinin sabiq generalı Çetin Doğanın imzası var və plan 2002-2003-cü illərdə hazırlanıb. İddiaya görə, Türkiyədə hərbi çevrilişdən sonra kütləvi həbslər başlanmalı idi.

"Balyoz" adlı çevriliş planının baş tutacağı və hakimiyyətin dəyişəcəyi təqdirdə, ölkədə tanınmış yazıçılardan olan Əbdürrəhman Dilipak, Əhməd Taşgetiren, Akif Əmrə, Fəhmi Koru da daxil olmaqla, 36 yazıçı və kommunist həbs edilməli idi.

Kaynakın sözlərinə görə, hazırda Türkiyədə hər hansı bir çevrililş ehtimalı yoxdur, Baş nazir Ərdoğan və Türkiyə Ordusunun Baş Qərargah rəisi Başbuğ dəfələrlə görüşüblər, hər dəfə də ortada razılaşmanın olduğunu bildiriblər.

Kaynak onu da əlavə edib ki, Türkiyənin siyasi elitası hesab edilən hazırkı hakimiyyət əslində köhnə planları üzə çıxarır və bu, hakimiyyətin xüsusi olaraq hazırladığı bir əməliyyatdır.

Xəbər lenti

Xəbər lenti