...

Səfir: ABŞ-dakı gimnastika arenaları Bakıdakı ilə müqayisə oluna bilməz

Nəzər nöqtəsi Materials 6 Mart 2016 14:36 (UTC +04:00)
Amerikalı gimnastlar mənə dedilər ki, ABŞ-da heç bir gimnastika arenası Bakıdakı ilə müqayisə edilə bilməz.
Səfir: ABŞ-dakı gimnastika arenaları Bakıdakı ilə müqayisə oluna bilməz

Bakı. Trend:

Amerikalı gimnastlar mənə dedilər ki, ABŞ-da heç bir gimnastika arenası Bakıdakı ilə müqayisə edilə bilməz. Bunu Trend-ə Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda Amerika nümayəndə heyətinin üzvləri ilə görüşən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O bildirib ki, gimnastika yarışlarını ilk dəfədir arenadan izləyir: "Mən bu idman növünü hələ öyrənirəm. Uzun illər əvvəl televizorda gimnastikaya baxmışdım, lakin yarışlara canlı baxmaq tamamilə başqa hissdir. Bu idman növünün azarkeşinə çevrildiyimi hiss edirəm. Ümumiyyətlə, işimin ən əsas xüsusiyyətlərindən biri özüm üçün kəşf etmək və daha əvvəl etmədiyim şeyləri etməkdir. Azərbaycanda idmanın real həyatda nə qədər vacib olduğunu I Avropa Oyunlarında gördüm və indi də görürəm".

Səfir azərbaycanlıların, könüllülərin, gənclərin öz ölkələrini necə təmsil etmələrindən və bu zaman hansı iftixar hissi keçirmələrindən olduqca valeh olduğunu və bu barədə hətta Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə danışdığını qeyd edib.

R.Sekuta ABŞ idmançıları və nümayəndə heyəti üzvlərinin Bakıda keçirilən Dünya Kuboku ilə bağlı təəssüratlarını bölüşüb: "Onlar mənə dedilər ki, daha əvvəl heç bir yerdə belə arena görməyiblər. Arena xüsusi olaraq gimnastlar üçün tikilib. ABŞ-da çox arena var, hətta kiçik şəhərlərdə kiçik arenalar mövcuddur, lakin onların hamısı Bakıdakı ilə müqayisə edilə bilməz. Nümayəndə heyətimiz, həmçinin yarışların təşkilindən olduqca razıdır. Onlar məlumat verdilər ki, Dünya Kuboku mərhələsində özlərini dünya çempionatı kimi daha iri yarışlardakı kimi hiss edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti