...

Nuşirəvan Məhərrəmli: Televiziyalardakı məişət xarakterli verilişlər dilimizə təsir edir

Nəzər nöqtəsi Materials 15 Avqust 2017 15:31 (UTC +04:00)
Azərbaycanda ədəbi dil normaları sovet dövründə ciddi şəkildə qorunurdu, amma müstəqillik əldə etdikdən sonra məişət xarakterli verilişlərin meydana gəlməsi dilimizə də təsir etdi.
Nuşirəvan Məhərrəmli: Televiziyalardakı məişət xarakterli verilişlər dilimizə təsir edir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda ədəbi dil normaları sovet dövründə ciddi şəkildə qorunurdu, amma müstəqillik əldə etdikdən sonra televiziyalarda məişət xarakterli verilişlərin meydana gəlməsi dilimizə də təsir etdi.

Trend-in məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli televiziya verilişlərinə yarı Azərbaycan, yarı xarici dilli iştirakçıların dəvət edilməsini də doğru hesab etmir:

"Verilişdə iştirak edənlər Azərbaycan dilini səlis bilməlidirlər. Bəzən aparıcılar da yenilik gətirmək və tamaşaçıları cəlb etmək üçün xarici sözlərdən istifadə edirlər. Ancaq bu doğru deyil. Bu işdə ziyalılarımızın da laqeyidliyindən narahatam. Elə ziyalılarımız, məmurlarımız da var ki, fikirlərini ana dilində tam ifadə edə bilmirlər. Hesab edirəm ki, bu, cəmiyyətimizi narahat edən bir amil olmalıdır. İnsanlar televiziyada deyilənləri doğru hesab edirlər. İstər şou proqramı, istərsə də mətbəx verilişləri olsun, aparıcılar Azərbaycan dili normalarını bilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti