...

Deputat: Aprel döyüşləri göstərdi ki, işğal altındakı torpaqları azad etmək imkanına malik güclü ordumuz var

Nəzər nöqtəsi Materials 2 Aprel 2018 10:03 (UTC +04:00)
Deputat: Aprel döyüşləri göstərdi ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək imkanına malik güclü ordusu var
Deputat: Aprel döyüşləri göstərdi ki, işğal altındakı torpaqları azad etmək imkanına malik güclü ordumuz var

Bakı. Elçin Mehdiyev - Trend:

“Ermənistanın 2016-cı ilin aprel ayındakı təxribatlarına cavab olaraq Milli Ordumuzun uğurlu əməliyyat keçirməsi bir daha göstərdi ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək imkanına malik güclü ordusu var”. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyevin sözlərinə görə, bu döyüşlər göstərdi ki, Azərbaycan qüdrətli bir dövlətə çevrilib, regionda söz sahibidir, istədiyi an öz torpaqlarını erməni işğalından azad etməyə qadirdir:

“Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı, lakin aprel döyüşləri bu mifləri darmadağın etdi, Ermənistan ordusunun Azərbaycan ordusu qarşısında nə qədər gücsüz olduğunu göstərdi”.

Deputat bildirib ki, bu döyüşlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində vəziyyəti Azərbaycanın xeyrinə dəyişdi: “Ermənistan və onun havadarları bir daha anlamış oldu ki, Azərbaycan istənilən an öz torpaqlarını hərbi yolla azad edə bilər”.

B.Əliyev vurğulayıb ki, Azərbaycanın öz torpaqlarını azad edəcəyinə heç kimin şübhəsi olmasın: "Azərbaycan buna nail olacaq. Sadəcə olaraq dövlətimiz istəyir ki, bunu danışıqlar və sülh yolu ilə etsin. Əgər bu mümkün olmazsa, Azərbaycanın qüdrətli ordusu var. Beynəlxalq təşkilatların və ekspertlərin qiymətləndirmələrinə görə də Azərbaycanın kifayət qədər güclü ordusu və texnikası var".

Deputat qeyd edib ki, Azərbaycan öz Konstitusiyasına əsaslanaraq, torpaqlarını işğaldan azad edə bilər: "Buna bizim qətiyyən şübhəmiz yoxdur. Bir məsələni də qeyd etmək lazımdır ki, əgər ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həqiqətən də sülhün tərəfdarıdırlarsa, onlar işğalçıya Azərbaycan ərazisindən çıxması və BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi üçün təzyiq göstərməlidir".

Qeyd edək ki, bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 2 il ötür. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 hərbçisi öldürülüb, 500-dən artıq hərbçisi isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti