Bakı. Elçin Mehdiyev – Trend:
"Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransı çox səmərəli bir konfrans oldu və mühüm müzakirələr həyata keçirildi".
Trend-in məlumatına görə, bunu Hərəkata sədrlik edən Venesuelanın xarici işlər naziri Xorxe Arreasa konfransın yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Qoşulmama Hərəkatı dünyada sülhün və sabitliyin təmin edilməsinə, beynəlxalq hüquq prinsiplərə hörmət edilməsinə, ölkələrin daxili işlərinə qarışmamağa, münaqişələri dayandırmağa çağırır: “Bizim məqsədimiz budur və ona görə də biz buradayıq və bu məsələləri müzakirə etdik”.
Venesuelalı nazir tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib. O Azərbaycanın dünyada sülh və sabitliyin təmin olunmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.