Bakı. İlhamə İsabalayeva - Trend:
Gənc tədqiqatçılar üçün mövzu müəyyənləşdirərkən dünya elminin inkişaf tendensiyalarının nəzərə alınması vacibdir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib.
Onun sözlərinə görə, müasir mövzularda, multidissiplinar tədqiqatların aparılması zəruridir.
A.Əlizadə akademiyada fəaliyyət göstərən alimlərin elmmetrik göstəricilərinin yüksəldiyini, dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında dərc olunan məqalələrin sayının artdığını deyib.
O, bu kimi nailiyyətlərin regionlarda da əldə olunması üçün zəruri tədbirlərin görülməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.