...

Akif Əlizadə: AMEA tərəfindən hərbi layihələrin genişləndirilməsi aktualdır

Nəzər nöqtəsi Materials 28 Avqust 2019 12:32 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işləri üzrə layihələrin genişləndirilməsi və inkişaf etdirilməsinin olduqca aktualdır.
Akif Əlizadə: AMEA tərəfindən hərbi layihələrin genişləndirilməsi aktualdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işləri üzrə layihələrin genişləndirilməsi və inkişaf etdirilməsi olduqca aktualdır.

Trend-in məlumatına görə, bunu AMEA Rəyasət Heyəti Aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) hərbi, müdafiə və mülki xarakterli elmi-tədqiqat işləri çərçivəsində hazırlanmış növbəti layihəsinin təqdimatında çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

Akademikin sözlərinə görə, SETM müharibə şəraitində olan ölkəmiz üçün böyük əhəmiyyətə malik elmi-tədqiqat işlərinin hazırlanması, yeni və mövcud layihələrin davam etdirilməsi, eləcə də yekun nümunənin sınaqdan keçirilməsini uğurla davam etdirir.

A.Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə artıq üç ildir ki, fəaliyyət göstərən AMEA Yüksək Texnologiyalar Parkında bir sıra mühüm elmi-praktiki nailiyyətlərin əldə olunduğunu, innovativ tədbirlərin həyata keçirildiyini bildirib.

AMEA prezidenti qeyd edib ki, əsas məqsəd büdcədənkənar vəsait hesabına fundamental elmi istiqamətlərdə yeni layihələrə sərmayə yatırılması, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti