...

Eurovision 2012 ilə bağlı Bakıda moto-yürüş keçirilib (FOTO)

Eurovision-2012 Materials 15 Aprel 2012 13:10 (UTC +04:00)
Avroviziyanın Azərbaycandakı Rəsmi Fan Klubu və Moto həvəskarlar “Eurovision 2012”-yə dəstək məqsədilə aksiya həyata keçiriblər.
Eurovision 2012 ilə bağlı Bakıda moto-yürüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 15 aprel / Trend müxbir M.Əliyev/

Avroviziyanın Azərbaycandakı Rəsmi Fan Klubu və Moto həvəskarlar "Eurovision 2012"-yə dəstək məqsədilə aksiya həyata keçiriblər.

Trend-in məlumatına görə, əhaliyə mahnı müsabiqəsini xatırlatmaq və müsabiqəyə qarşı marağı artırmaq üçün aprelin 15-i Fan Klub, MotoBaku və digər moto-klublarının üzvləri, Bakı Şəhər Dövlət Yol Polisinin dəstəyi ilə Bakı şəhərində moto-yürüş təşkil ediblər.

Moto yürüşün iştirakçıları bu gün saat 11:00-da İçəri Şəhər Qoşa Qalanın qarşısından yola düşdülər. Moto həvəskar İçəri şəhərdən başlayaraq, Əziz Əliyev, Neftçilər prospekti, Yusif Səfərov və Heydər Əliyev prospekti ilə hava limanı istiqamətində hərəkət ediblər.

Avroviziyanın Azərbaycandakı Fan Klubu rəsmi olaraq 2008-ci il aprelin 1-də yaradılıb. Hal-hazırda Azərbaycanın beynəlxalq səviyyədə təbliğatı və ev sahibliyi etdiyi "Eurovision 2012"-yə dəstək istiqamətində fəaliyyəti davam etdirir.

Xəbər lenti

Xəbər lenti