Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafcılar İttifaqının katibi Rasim Balayev "Eurovision 2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsini yüksək dəyərləndirib.
Xalq artisti Trend-ə açıqlamasında bildirib ki, "Eurovision 2012" müsabiqəsinin paytaxtımızda keçirilməsi Azərbaycanın dünyada tanıdılması baxımından çox əhəmiyyətlidir.
Balayevin sözlərinə görə, indiyədək bır sıra qüvvələr Azərbaycan haqqında dünyada mənfi rəy formalaşdırmağa çalışıblar. Xalq artistinin fikrincə, müsabiqənin Bakıda keçirilməsi ölkəmiz haqqındakı mənfi rəylərin aradan qaldırılmasına yardım göstərəcək.
"Artıq xarici ölkələrin nümayəndələri Azərbaycanı, onun insanlarını öz gözləri ilə görəcəklər. Bu, özü də böyük təbliğatdır", - Balayev əlavə edib.