...

Eurovision Mətbuat Mərkəzində "plov mərasimi" keçirilib

Eurovision-2012 Materials 23 May 2012 23:38 (UTC +04:00)
Eurovision Mahnı Müsabiqəsi 2012 çərçivəsində qonaqlar daha bir maraqlı layihənin şahidi olublar.
Eurovision Mətbuat Mərkəzində "plov mərasimi" keçirilib

Azərbaycan, Bakı, 23 may /Trend/

Eurovision Mahnı Müsabiqəsi 2012 çərçivəsində qonaqlar daha bir maraqlı layihənin şahidi olublar.

Trend-in eurovision.az saytına istinadən verdiyi məlumata görə, Mətbuat Mərkəzində yerli və əcnəbi jurnalistlərə, eləcə də fanatlara Azərbaycan süfrəsinin tacı hesab edilən plov təqdim edilib. Plov rəqqasların müşaiyəti ilə zala gətirilib. Ləziz plovdan dadan qonaqlar müsabiqə çərçivəsində belə maraqlı tədbirləri sevinclə qarşılayıblar.

Onlar bir daha Azərbaycan xalqının zəngin süfrə mədəniyyətinə, qonaqpərvərliyinə valeh olublar.

Xəbər lenti

Xəbər lenti