...

İranda porno reklam ilə məşğul olan qrup ifşa olunub

Dünya xəbərləri Materials 26 Dekabr 2007 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Frans Press" agentliyinin "İSNA" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran polisi paytaxt Tehran yaxınlığında yerləşən Kərac şəhərində quraşdırılan elektron reklam lövhələrinin birində mobil telefonla çəkildiyi ehtimal olunan çılpaq qız şəkillərinin hansı yolla nümayiş etdirilməsini araşdırır.

Agentliyin verdiyi məlumata əsasən, fakt ilə bağlı şübhəli şəxs qismində bir neçə şəxs saxlanılıb.

Verilən xəbərdə şübhəli şəxs qismində saxlanılanların adları açıqlanmasa da, artıq onların ofislərinin bağlandığı bildirilir.

"Frans Press"dən verilən məlumatda şəkillərin reklam tablolarının birində internet vasitəsilə nümayiş etdirildiyi və polisin hadisənin arxasında hansı qüvvələrin olduğunu araşdırdığı qeyd olunub.

Xəbər lenti

Xəbər lenti