...

Erməni deputatı hesab edir ki, Ermənistanda prezident seçkisi iki turda keçiriləcək

Dünya xəbərləri Materials 7 Yanvar 2008 18:52 (UTC +04:00)

Ermənistan parlamentinin "Orinaç Erkin" müxalifət fraksiyasının katibi Eqine Bişaryan hesab edir ki, Ermənistanda prezident seçkisi iki turda keçiriləcək. Bu haqda Novosti-Armeniya xəbər yayıb.

Xanım Bişaryan bazar ertəsi mətbuat konfransında bildirib ki, Ermənistanda prezident seçkisi iki turda keçiriləcək, bir turda seçkinin keçirilməsi istisna edilir"

Bişaryan hesab edir ki, hökumətyönlü namizədlər kifayət qədər tanınmadıqlarından və siyasi imicə malik olmadıqlarından, ilk turda qalib gəlməyəcəklər.

Millət vəkili qətiyyətlə bildirib ki, OE-dən olan nəmizəd, partiya lideri Artur Baqdasaryan əhali arasında böyük şöhrətə malik olduğundan və ictimai sorğularda əsasən ikinci yerdə olduğundan, seçkilərin ikinci turunda mütləq iştirak edəcək.

Bişaryanın sözlərinə görə, Baqdasaryan ikinci turdan keçməsə, OE digər müxalifət namizədini dəstəkləyəcək.

Serj Sarkisyan prezident seçilsə,hazırki prezident Robert Koçəryanın Baş nazir vəzifəsini tutacağı fikrini Baqdasaryan mənfi dəyərləndirib.

"Əgər belə məsələlər gizli saxlanılırsa, bu, hökumətin ehtiyat etdiyindən xəbər verir. Lakin ictim aiyyət belə hallardan xəbərdar olmalıdır. Ötən illərin təcrübəsi onu deməyə əsas verir ki, Ermənistanda bu hal baş verməyəcək." - deyə, xanım millət vəkili öz etirazını bildirib.

Fevralın 19-da Ermənistanda növbəti seçki baş tutacaq.

Seçkidə iştirak etmək üçün MSK-ya doqquz namizəd sənəd verib: Baş nazir, Ermənistan Respublika Partiyasının sədri Serj Sarkisyan; keçmiş dövlət başcısı, Milli-Demokrat müxalif birliyin rəhbəri Vazgen Manukyan, Milli Məclisin vitse-spikeri, EİF-nin Daşnaksütun Bürosunun üzvü Vaan Ovannisyan; "Orinaç Erqin" Partiyasının lideri Artur Baqdasaryan; Ermənistanın eks -prezidenti Levon Ter-Petrosyan; "Milli Birlik" Partiyasının lideri Artaşes Geqamyan; Xalq Partiyasının sədri Tiqran Karapetyan; "Milli Həmrəylik" Partiyasının rəhbəri Aram Artunyan və Qarabağın keçmiş "prezidenti" Arman Melikyan.

MSK prezidentliyə namizədlərin qeydiyyatını dekabrın31 - dən yanvarın 20 - dək aparacaq.

Xəbər lenti

Xəbər lenti