Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxalia / Gürcüstan MSK-ı 5 yanvar tarixində keçirilən prezident seçkilərinin yekun nəticələrini yanvarın 13-də təqdim edəcək. Bu barədə Gürcüstan MSK-dan məlumat verilib.
Oradan qeyd ediblər ki, hazırda müxalifətin də iştirakı ilə əlavə siyahılar üzrə səslərin intensiv hesablanması aparılır. Əlavə siyahılar üzrə təqdim olunan 40 min bülletendən artıq 20 mini hesablanıb.
MSK-da həmçinin daxil olan şikayətlərə də baxılır. Onların əsaslandırmasına görə, dünən 4 seçki məntəqəsində seçkilərin nəticədləri ləğv olunub.