...

İsrail XİN Ankaraya rəsmi etiraz notası verib

Dünya xəbərləri Materials 25 Yanvar 2008 19:43 (UTC +04:00)

İsrail, Qüds, 25 yanvar/ Trend , müxbir R.Abdullayev/ İsrail və Türkiyə arasında diplomatik münasibətlərdə ciddi böhran qeydə alınıb. NEWSRU Agentliyinin məlumatına görə, həftə ərzində Baş nazir RəcəbTayyib Ərdoğan bir neçə dəfə İsrailin ünvanına ittihamlarla çıxış edib.

Yanvarın 18-də, BMT-nin Madriddəki forumunda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Misir və Qəzzə zolağı arasındakı sərhədi BMT-nin sülhməramlı kontingenti döyüşçülərinin qorumalı olduğunu bildirib. Ərdoğan yanvarın 22-də, milli televiziya ilə yayımlanan Türkiyə parlamentində çıxışı zamanı "israillilərdən heç kimin "qəssam" atəşləri nəticəsində həlak olmayıb. Lakin İsrail HHQ-nin aviaatəşləri nəticəsində onlarla fələstinli ölüb". "Bir raketə görə, 2 milyon insanın cəzalandırılması mümkün deyil", - İsraili Qəzzə zolağının blokadasını götürməyə çağıran Ərdoğan yekunlaşdırıb.

Məhz sonuncu çıxış İsraildə eşidilib. İsrailin Xarici İşlər Nazirliyi Türkiyə səfiri Namiq Tana rəmsi etiraz bildirib və Ərdoğanın sözlərinin izahını tələb edib. "Bizim ölkələrimiz arasında dost münasibətləri nəzərə alaraq, İsrail Ərdoğanın bəyanatından məyus olub. İsrail terrora qarşı mübarizə aparan ölkədən başqa cür reaksiya gözləyirdi", - etiraz notasını Tana verən Xarici İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı bildirib.

Xarici İşlər Naziri Çipi Livni türk həmkarı Əli Babacanla danışmaq niyyətindədir. Bundan əlavə, Ehud Olmert və Ərdoğan arasında telefon söhbətinin mümkünlüyü müzakirə edilir.

Xəbər lenti

Xəbər lenti