...

"İran İsrail üçün əsas strateji təhlükədir" - Mossadın rəhbəri

Dünya xəbərləri Materials 4 Fevral 2008 20:27 (UTC +04:00)

İsrail, Qüds, 05 fevral/ Trend , müxbir R.Abdullayev/ İran yaxın üç il ərzində nüvə silahı əldə edə bilər. Belə proqnozla Mossadın rəhbəri Meir Daqan çıxış edib və İslam Respublikasının, ilk növbədə, nüvə proqramının inkişafına görə deyil, yəhudi dövlətinin Suriya, "Hizbullah" və HƏMAS kimi düşmənlərinə yardım etdiyinə görə, İsrail üçün əsas strateji təhlükə olduğunu qeyd edib.

Daqan xarici işlər və müdafiə üzrə Knesset Komitəsinin iclasında Tehranın paralel olaraq iki istiqamətdə fəaliyyət göstərdiyini bildirib:o, paralel olaraq, uranın zənginləşdirilməsini inkişaf etdirir və böyük gücə malik raketlərin istehsalını sürətləndirir. Onun sözlərinə görə, İran hələ ki İslam Respublikasına hərbi məqsədli uran almağa imkan verəcək lazımi elmi inkişaf səviyyəsinə nail ola bilməyib. Lakin o, bu günün uzaqda olmadığını vurğulayıb.

Mossad başçısını xüsusən Tehran və Dəməşqin münasibətlərinin möhkəmlənməsi narahat edir.İran Suriya ərazisi vasitəsilə fələstinli terror qruplarına silah və texnologiyalar, həmçinin, "kadrların" hazırlanması üçün məşqçilər göndərir.

Daqanın sözlərinə görə, İranın köməyi ekstremistlərə onlarda olan raketləri təkmilləşdirməyə imkan verir. Bu raketlər isə, sözsüz ki, İsrail tərəfinə yönələcək. "Təkcə son iki il ərzində Suriya öz yerüstü arsenalını iki dəfə artırıb", - o qeyd edib.

Daqan MKİ-nin İran üzrə hesabatının İslam Respublikasına sanksiyaların tətbiq edilməsi prosesini çətinləşdirdiyini və Tehranın nüvə proqramının inkişafının qarşısının alınmasına yönələn diplomatik səyləri, demək olar ki, sıfıra endirdiyini qeyd edib. "İsrail İran təhlükəsi ilə təkbətək qalıb", - o, bildirib.

Xəbər lenti

Xəbər lenti