Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Avropa İttifaqı (Aİ) "üçlüyü" mayın 8-də Tbilisiyə səfər edəcək. Avropa Komissiyasının Gürcüstan nümayəndəliyindən verilən məlumata görə, "üçlüyün" tərkibinə Avropa İttifaqıfna hazırda sədrlik edən ölkənin (Sloveniya) və gələcəkdə sədrlik edəcək ölkənin (Fransa) siyasi direktorları, Avropa Komissiyasının nümayəndələri, həmçinin, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi daxildir.
"Üçlük" Gürcüstan rəhbərliyinin nümayəndələri ilə görüşlər keçirəcək.
Səfər günü xüsusi mətbuat konfransının keçirilməsi planlaşdırılır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]