...

ABŞ -ın İstanbul Konsulluğuna qarşı terrorda şübhəli bilinən 4 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 10 İyul 2008 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir S.İlhamqızı/ Türkiyənin daxili işlər naziri Bəşir Atalay ABŞ -ın İstanbuldakı Konsulluğu qarşısında baş vermiş terror aktı ilə əlaqədar 4 nəfərin saxlanıldığını bildirib. Bu barədə Türkiyənin Cihan Xəbər Agentliyi məlumat yayıb.

Atalay onu da deyib ki, Konsulluğa hücum zamanı istifadə olunan avtomobil tapılıb və üzərində araşdırmalar aparılır.

Türkiyə KİV-i Konsulluq qarşısında atışma zamanı öldürülən hücumçudan birinin "Əl-Qaidə" fəalı olduğunu yazır.

Dünən 4 nəfər şəxsin ABŞ -ın İstanbuldakı Konsulluğunun viza giriş qapısı qarşısında polislərə açdığı atəş nəticəsində, 3 nəfər polis həlak olub, bir neçə nəfər yaralanıb, hücumçulardan üçü öldürülüb, biri avtomobillə qaçmağa müvəffəq olub.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti