...

Türkiyənin Bursa, Qazaxıstanın Kapçaqay şəhərləri qardaşlaşıb

Dünya xəbərləri Materials 11 İyul 2008 14:23 (UTC +04:00)

Qazaxıstan, Almatı 11 iyul/ Trend , müxbir R.Məşədihəsənli/ Türkiyənin Bursa, Qazaxıstanın Kapçaqay şəhərlərinin qardaşlaşması çərçivəsində iyulun 18 - də bursalı iş adamları Kapçaqay bölgəsinə gələrək, sərmayə imkanlarını öyrənəcəklər. Eyni vaxtda da Bursa şəhərində Qazaxıstan Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə Trend -a Türk Xalqlarının Mədəniyyət Fondunun sədr müavini Dariqa İskəndərqızı məlumat verib.

Qazaxıstanda fəaliyyət göstərən Türk Xalqlarının Mədəniyyət Fondunun təşəbbüsü ilə bir ay əvvəl Türkiyənin Bursa və Qazaxıstanın Almatı vilayətinin Kapçaqay şəhərləri arasında tərəfdaşlığa dair müqavilə imzalanıb.

Qazaxıstanlı nümayəndə heyəti  iyulun sonunda Şimalı Kipr Türk Rüspublikasına da səfər edəcək və Kipr Universitetində "Türk dünyasının gələcəyi" adlı elmi konfrans təşkil edəcəklər.

Xəbər lenti

Xəbər lenti