...

İranın Səbzvar şəhərində 6 nəfər edam olunub

Dünya xəbərləri Materials 14 İyul 2008 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 14iyul / Trend , müxbir T.Cəfərov / İranın dövlət televiziyasının verdiyi məlumata əsasən, İranın Səbzvar şəhərində 6 nəfər xuliqanlıga görə kütlə qarşısında edam olunub. Bu haqda "radiofərda" xəbər saytı məlumat yayıb.

Son bir həftə ərzində kütlə qarşısında bu, ikinci edam faktıdır. Keçən həftənin cümə axşamı 4 nəfər İranın Buşehr vilayətinin Brazcan şəhərində ictimaiyyətin gözü qabağında, 1 nəfər də Sənəndəc şəhər mərkəzi həbsxanasında edam olunub.

11 nəfərin kütlə qarşısında edamı elə bir vaxta təsadüf edir ki, İranın Cinayət Işləri üzrə Hökm Icrası idarəsinin sözçüsü 2008 -ci ilin yanvar ayında keçirdiyi mətbuat konfransında İranın Cinayət İşləri üzrə Hökm İcrası idarəsinin sədri tərəfindən "ictimaiyyətin gözü qabağında edamın qadağan olması" haqda sərəncam verildiyi barədə məlumat vermişdir.

Beynəlxalq Əfv Təşkilatı cümə günü bəyanat verərək, 2008-ci ilin yanvar ayından indiyədək İranda kütlənin gözü qarşısında ikinci edam faktını pisləyərək, edamlara son qoymagı tələb edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti