...

Türkiyə regionda yeni təhlükəsizlik sistemi təklif edir

Dünya xəbərləri Materials 14 Avqust 2008 20:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Türkiyə Gürcüstanda baş verən hadisələri diqqətlə izləyir və biz hesab edirik ki, Gürcüstanın suverenliyi və ərazi bütövlüyü BMT-nin tanıdığı sərhədlər çərçivəsində toxunulmaz olmalıdır. Bu barədə cümə axşamı Gürcüstan prezidenti Mixail Saakaşvili ilə birgə brifinqdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan məlumat verib.

"Biz Gürcüstanda sülh və sakitliyin olmasında maraqlıyıq; bu, Türkiyə və bütün regionumuz üçün vacibdir", - o bildirib.

Ərdoğan bildirib ki, Türkiyə yeni dinc təşəbbüslə - regionda təhlükəsizlik sisteminin yaradılması təşəbbüsü ilə çıxış edir. "Mən prezident Saakaşvili ilə razılığa gəlmişəm ki, Gürcüstan bu təhlükəsizlik platformasının bir hissəsi olacaq. Bu, region ölkələrinin əməkdaşlığına əsaslanacaq və ATƏT prinsiplərindən çıxış edəcək platforma olacaq", - Ərdoğan bildirib.

Türkiyəli Baş nazir vurğulayıb ki, platformanın hazırlanması "region ölkələrinə gələcəkdə hazırda baş verən münaqişələrdən qaçmaq imkanı verəcək".

"Mən Rusiya prezidentini bu fikirlə tanış etmişəm və o, sistemin yaradılmasına maraqlı olduğunu ifadə edib", - o bildirib və qeyd edib ki, bu, "təhlükəsizlik sistemlərinin realizəsi üzrə vahid proqram olacaq".

"Regionda qarşıdurma bitməlidir; anlaşma olmazsa, regionun inkişafı, onun təhlükəsizliyi, regional layihələrin inkşafından danışmaq çətindir", - Ərdoğan bildirib.

Türkiyənin Baş naziri Gürcüstana humanitar yardım göstərməyə hazır olduqlarını təsdiqləyib. "Türkiyə hücum və zorakılığa məruz qalmış dinc əhaliyə yardım göstərmək üçün əlindən gələni edəcək. Biz artıq Gürcüstana yardım göstəririk və bu yardım gələcəkdə də davam edəcək", - o bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti