...

Özbəkistan Cənubi Osetiyaya humanitar yardım ayırıb

Dünya xəbərləri Materials 18 Avqust 2008 17:49 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 18 avqust/ Trend , müxbir T.Jukov/Özbəkistan prezidenti İslam Kərimov hökumətə hərbi münaqişədən zərər çəkmiş Cənubi Osetiya əhalisinə humanitar yardımın göstərilməsi üçün $250 min ayırmağı tapşırıb. Trend -a respublikanın FHN mətbuat xidmətindən verilən məlumata görə, idarəyə artıq müvafiq göstərişlər verilib.

Bu regiona humanitar yükün çatdırılması vəzifəsi məhz FHN-nin üzərinə düşür. Zərər çəkmiş respublikaya özbək hökuməti, sement daxil olmaqla, tikinti materialları, ərzaq malları, tibbi ləvazimatlar, yataq dəstləri və digər zəruri malları göndərməyi planlaşdırıb.

FHN-nin mətbuat xidmətinin məlumatına görə, münaqişə zonasına ümumilikdə humanitar yüklü üç təyyarənin göndərilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti