...

Gürcüstan tərəfi Tsxinvali regionunda 87 etnik təmizləmə faktını sənədlər əsasında qeydə alıb

Dünya xəbərləri Materials 27 Avqust 2008 15:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Tsxinvali regionunda baş vermiş etnik təmizləmə faktlarını parlamentin işçi qrupu qeydə alıb. Bu barədə parlamentin İnsan hüquqlarının müdafiəsi üzrə Komitəsinin sədri Qiya Arsenişvili deyib.

Çərşənbə günü Arsenişvili Almaniyanın Gürcüstandakı səfirliyinin birinci katibi Kristian Plateslə bağlı qapılar arxasında görüşüb və onu Tsxinvali regionunda və ona bitişik ərazilərdə baş vermiş etnik təmizləmələr haqqında məlumatlandırıb. Arsenişvili Platesə onu da bildirib ki, atəşkəsə dair "Sarkozinin altı bəndli sənədi"nin yerinə yetirilməsinə obyektiv qiymətin verilməsi üçün Gürcüstana ATƏT-in himayəsi altında mümkün qədər çox müşahidəçinin gəlməsi çox vacibdir.

Arsenişvilinin sözlərinə görə, Gürcüstanda gürcü əhalinin etnik əlamətlərə görə təmizlənməsi həyata keçirilib ki, bu da sənədlərlə sübut edilib. Bütün bu materiallar həm alman tərəfinə, həm də Avropa İttifaqının digər ölkələrinə təqdim ediləcək və Haaqa Məhkəməsinə göndəriləcək.

"Tsxinvali regionunda baş vermiş hadisələrdə rus işğalçıları hərbi əməliyyatlar zamanı əhali ilə davranışı müəyyən edən IV Cenevrə Konvensiyasını tamalilə pozublar. Gürcüstanda baş verənlər yolverilməzdir və bu barədə Aİ və bizim bütün tərəfdaşlarımız məlumatlandırılmalıdır", - Arsenaşvili əlavə edib.

Platesin sözlərinə görə, Almaniya tərəfindən insan hüquqlarının vəziyyəti ilə bağlı məsələyə böyük maraq göstərilir. Platesin özü avqustun 5-də Tsxinvali regionunda olub və orada yaranmış vəziyyətlə şəxsən tanış olub.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlılarının və beynəlxalq müşahidəçilərin saxlanılması haqqında qərar qəbul edilib. 

Xəbər lenti

Xəbər lenti