...

Türkiyənin parlament üzvlərindən ibarət nümayəndə heyəti Bişkekə gəlib

Dünya xəbərləri Materials 28 Avqust 2008 11:43 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 28 avqust / Trend , müxbir R.Məşədihəsənli/ Cümə axşamı səhər Qırğızıstana humanitar yardımın göstərilməsi üçün Pendik şəhərinin (Türkiyə) meri Erol Qayanın rəhbərliyi ilə Türkiyənin parlament üzvlərindən ibarət nümayəndə heyəti Bişkekə gəlib. Bu barədə cümə axşamı Trend -un müxbirinə Türkiyənin Qırğızıstandakı səfirliyindən məlumat verilib.

Türkiyənin parlament üzvlərindən ibarət nümayəndə heyəti Ramazan ayı ərzində hər gün "İftar" süfrələri açacaq və əhalinin daha çox ehtiyacı olan təbəqələrinə ünvanlı humanitar yardım göstərəcək. Göstəriləcək yardımın ümumi məbləği 50 min dollardan çox olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti