Gürcüstan, Tbilisi, 01 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan əhalisinin böyük hissəsi hesab edir ki, NATO-ya daxil olmaq Gürcüstanın yeganə xilas yoludur. Həftəlik "Kviris palitra"nın ("Həftənin palitrası") sorğuladığı 405 respondentin 70,7 faizi bu fikirdədir.
Rəyi soruşulanların cəmi 11, 3 faizi ölkənin bütövlüyünün bərpası üçün Gürcüstanın Şimali Atlantika Alyansına daxil olmasının lazım olmadığını düşünür.
Respondentlərin 18 faizi bu suala birmənalı cavab verə bilməyib.
Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.
Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.
Gürcüstan ərazisində Rusiya sülhməramlı qüvvələri və beynəlxalq müşahidəçilərin saxlanılması barədə qərar qəbul olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]