...

Gürcülər Rusiyanın irimiqyaslı hərbi müdaxiləsinin qarşısının alınmasında Fransa və ABŞ-a minnətdardırlar

Dünya xəbərləri Materials 1 Sentyabr 2008 13:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan əhalisi Rusiya hərbçilərinin ölkəyə müdaxiləsinin dayandırılmasında daha çox Fransa və ABŞ prezidentləri Nikolya Sarkozi və Corc Buşa minnətdardır. Həftəlik "Kviris palitra"nın ("Həftənin palitrası") keçirdiyi sorğu göstərib ki, sorğulanan 503 nəfərin 44 faizi Sarkozinin, 43 faiz isə Buşun bu məsələdə əsas rol oynadığını düşünür.

Onlar sorğuda üçüncü yeri tutan ABŞ Dövlət katibi Kondaliza Raysı, dördüncü yerdə qərarlaşan Almaniya kansleri Angela Merkeli xeyli qabaqlayırlar.

Sorğulananların rəyinə görə, qlobal hərbi müdaxilənin qarşısının alınmasında əsas rol oynayan insanların ilk beşliyini amerikalı senator, Respublikaçılar partiyasının ABŞ prezidentliyinə namizədi Con Makkeyn tamamlayıb.

Rəyi soruşulanlar Fransanın XİN rəhbəri Bernar Kuşner, NATO-nun Baş katibi Yap de Hoop Sxeffer və Ukrayna prezidenti Viktor Yuşşenkonun da xidmətlərini unutmayıblar.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlı qüvvələri və beynəlxalq müşahidəçilərin saxlanılması barədə qərar qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti