...

Rusiya Gürcüstanda başladığı hərbi əməliyyatların acısını çəkir - Gürcüstan prezidenti

Dünya xəbərləri Materials 18 Sentyabr 2008 11:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Rusiya Gürcüstanda başladığı hərbi əməliyyatların acısını çəkir. Bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib.

"Rusiya iqtisadiyyatının hansı vəziyyətə düşdüyünə baxın. Baxın görün Rusiya iqtisadiyyatı nə haldadır, bizim iqtisadiyyat nə halda. Bütün bunlar Gürcüstanda başlanan hərbi əməliyyatların nəticələridir", - deyə Saakaşvili bildirib.

Onun sözlərinə görə, Rusiya əsəs məqsədinə nail ola bilmədi, belə ki, Gürcüstandakı demokratiyanı poza bilmədi.

"Bizim mübarizəmiz davam edir, bizi qələbə gözləyir. Gürcüstanın çiçəklənməsi üçün böyük səy göstərməmiz tələb olunur, lakin bu gün artıq bir şey məlumdur - Rusiya Gürcüstan millətini və Gürcüstan dövlətini məhv edə bilmədi", - deyə prezident bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti