Türkiyənin cənub-şərqindəki Diyarbəkr şəhərində polis məktəbinin avtobusuna silahlı hücum həyata keçirilib, - İTAR-TASS xəbər verir. Yerli televiziya ən azı səkkiz yaralının olduğunu xəbər verir.
Əldə olan məlumata görə, avtobus şəhərin avtotraslarından biri ilə hərəkət edərkən, Türkiyədə fəaliyyət göstərən ekstremist təşkilatlarından birinin üzvləri ona hücum ediblər. Baş verən hadisənin təfərrüatı araşdırılır. Hadisə yerinə "təcili yardım" briqadaları yola düşüb.