...

İsrail Azərbaycanlıları Konqresi Azərbaycan prezidenti seçkisində İlham Əliyevi dəstəkləyib

Dünya xəbərləri Materials 10 Oktyabr 2008 15:44 (UTC +04:00)

İsrail, Qüds, 10 oktyabr/ Trend , müxbir A.Qut/ İsrail Azərbaycanlıları Konqresinin mətbuat xidməti Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı bəyanat yayıb. Konqres azərbaycanlıların diaspor təşkilatı kimi, xaricdə yaşayan Azərbaycan vətəndaşları və Azərbaycanın dünyadakı diaspor qurumlarına qarşıdakı prezident seçkisində İlham Əliyevin namizədliyini dəstəkləmək xahişi ilə müraciət edib.

"İsrail Azərbaycanlıları Konqresinin nümayəndələri - Azərbaycanın keçmiş vətəndaşları üçün oktyabrın 15 - dəAzərbaycanda keçiriləcək prezident seçkisi xüsusi siyasi əhəmiyyətli hadisədir ,b elə ki, Azərbaycan Respublikasının gələcəyi onun sükanı arxasına keçəcək insanın şəxsiyyətindən çox asılıdır", - deyə mətbuat xidmətinin bəyanatında bildrilir.

İsrail Azərbaycanlıları Konqresi hazırkı prezident İlham Əliyevin beşillik fəaliyyətini yüksək qiymətləndirib. "İlham Əliyev karbohidrogenin dünya qiymətlərinin uğurlu konyukturu sayəsində innovasiya sıçrayışı şansı əldə edərək və onların müstəqil çatdırılma marşrutlarının yaradılması yolu ilə gedərək, Azərbaycana daxil olan neft kapitalını dövlət büdcəsinə toplamağı və konsalidasiya etməyi bacardı. Əliyev onları ölkənin inkişafına yatırmağı bacardı və bununla da xarici qeyri -s tabillik şaraitində, stabil yüksək inkişaf tempinə nail oldu. Nəticədə, Azərbaycan artıq bir ildir ki, sadəcə yüksək inkişaf tempi deyil, həmçinin, keçmiş Sovet məkanında rekord temp nümayiş etdirir", - deyə bəyanatda bildirilir.

"Azərbaycan tolerantlığın əsl nümunəsidir. Azərbaycandakı yəhudi icması olduqca yaxşı şəraitə malikdir və respublikada yaşayan yəhudilər özlərini evlərindəki kimi hiss edirldər.

Digər millətlərlə ənənəvi yaxınlıq, onlara qarşı tolerant münasibət daim azərbaycanlıların başlıca etnomədəni xüsusiyyəti olub və olmaqdadır. Müstəqil Azərbaycanda digər milli azlıqların nümayəndələri kimi, yəhudilər də demokratik dövlətin yaradılmasına, onun iqtisadiyyatı, elmi və mədəniyyətinin inkişafına layiqli töhfə verirlər. Və bu işdə İlham Əliyevin xüsusi xidməti var", - bəyanatda vurğulanır.

Həyata keçirilən xarici siyasətin xüsusi xarakterini qeyd edən İsrail Azərbaycanlıları Konqresinin nümayəndələri qeyd ediblər ki, İlham Əliyev hansısa ölkə və ya alyansın təsiri altına düşməyərək, xarici arenada balanslaşdırmanı saxlayıb. "Çoxvektorluluq, çevik alyanslar strategiyası boş söz deyil. Bütün bunlar əvvəlki kimi, uzunmüddətli inkişaf üçün nəhəng potensialı təmir edir və öz - özünə müstəqil xarici siyasətin həyata keçirilməsinə daha etibarlı zəmanət verir. Çoxvektorluluq heç bir geosiyasi qruplaşmaya qoşulmayaraq, mehriban qonşularla və daha uzaq dostlarla münasibətləri yüksək qiymətləndirmək üçün çevik kursa malik olmaq imkanıdır", - bəyanatda qeyd edilir.

Məktubda qeyd olunub ki, İsrail Azərbaycanlıları Konqresinin nümayəndələri İsrail Dövlətinin vətəndaşları olaraq, səsvermə hüququna malik deyillər və Azərbaycanda prezident seçkilərində iştirak edə bilməzlər. "Lakin biz seçkilərdə öz səslərini yeni dövrün siyasətçi və diplomatlarının yeni pleyadasını təcəssüm etdirən və Ümummilli lider Heydər Əliyevin ideyalarının layiqli davamçısı olan İlham Heydər oğlu Əliyevə vermək çağırışı ilə öz həmvətənlərimizə - Azərbaycandan olan mühacirlərə və ABŞ və Kanada, Almaniya və Avstraliya, Rusiya və Böyük Britaniya, Hollandiya və İsveçrə, Türkiyə və Özbəkistan, Fransa və Benilüksün digər ölkələri, Misir və BƏƏ, Qazaxıstan və Ukrayna və Azərbaycanın digər ölkələrdəki diaspor təşkilatlarına müraciət edirik", - İsrail Azərbaycanlıları Konqresinin müraciətində deyilir.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Müəllifin rəyi Trend informasiya agentliyi redaksiyasının rəyi ilə üst- üstə düşməyə bilər.

Xəbər lenti

Xəbər lenti