...

Barak Obama Con Makkeyndən daha müdrük namizəd kimi görünür - Əli Laricani

Dünya xəbərləri Materials 23 Oktyabr 2008 09:53 (UTC +04:00)

İran Parlamentinin spikeri və ölkənin nüfuzlu siyasətçisi Əli Laricani Barak Obamanı ABŞ prezidentliyinə daha layiqli namizəd adlandırıb. "Demokratlardan olan namizəd Barak Obama respublikaçı Con Makeyndən daha müdrük namizəd kimi görünür", - deyə jurnalistlərə Bəhreyndə işgüzar səfərdə olan Laricani bildirib. "Lakin real sınaq iş olacaq, söz deyil", - RBK -nın Associated Press-ə istinadən verdiyi məlumata görə İran siyasətçisi bildirib.

Jurnalistlərin, İran rəhbərliyinin fikrincə ABŞ-ın İslam Respublikasına müdaxiləsinin nə dərəcədə ehtimal olunmasına dair suallarına cavab verən Laricani bildirib: "ABŞ-da iqtisadi böhranın miqyası o dərəcədə genişdir ki, daha bir hərbi kampaniya bu xəstəliklərin sağalmasına heç cür yardım etməyəcək".

İran Parlamentinin spikeri Laricani 2007-ci ilədək İran Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutub və Tehranın nüvə proqramı üzrə baş elçi vəzifəsini icra edib.

Xəbər lenti

Xəbər lenti