Argentina futbol assosiasiyasının rəhbəri Hulio Qrondona Diyeqo Maradonaya Argentinanın futbol yığmasının baş məşqçisi vəzifəsini təklif edib. "Mayak" radiostansiyasının xəbər verdiyi kimi, yığma komandanın baş direktoru vəzifəsinə isə Karlos Bilardonun namizədliyi irəli sürülüb.
Maradona və Bilardo Assosiasiya rəhbərinin təklifini qəbul etmələri barədə məlumat verməyiblər. Lakin Maradona İspaniyanın EFE agentliyinə bildirib ki, Argentina yığmasına başçılıq etməyə razılıq verib.
Maradonanın namizədliyini futbol yığmaları üzrə AFA-nın Komitə rəhbəri Noray Nakis də dəstəkləyib.