...

Əfqanıstanda Taliban hərəkatının iki rəhbəri və 70 üzvü tutulub

Dünya xəbərləri Materials 12 Noyabr 2008 12:39 (UTC +04:00)

Əfqanıstan, Kabil, 12 noyabr / Trend , müxbir A.Hakimi/ Əfqanıstanda aparılan əməliyyatlar zamanı, iki gün əvvəl 70 talib və Taliban hərəkatının iki rəhbəri - Həyatullah və Muhəmməd Davud saxlanılıb. Qəndahar vilayətində keçirilən əməliyyatlar zamanı külli miqdarda silah da aşkar olunub.

Taliban - 1994-cü ildə Əfqanıstanda yaranan radikal islam hərəkatıdır. Bu hərəkat 1996-2001-ci illərdə Əfqanıstana (Əfqanıstan İslam Əmirliyi) və 2004-cü ildən Pakistanın şimalında yerləşən Vəziristan əyalətinə (Vəziristan İslam Dövləti) rəhbərlik edib.

Taliban hərəkatının üzvləri Əfqanıstan ərazisindən əcnəbi qoşunların çıxarılmasını tələb edir, əfqan xalqını islam bayrağı altında birləşməyə, sülhə çağırırlar. Hərəkat üzvləri Əfqanıstan və Pakistan ərazilərində terrorçuluq fəaliyyəti ilə məşğul olurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti