...

Brüsseldə Ukrayna --NATO komissiyası toplanacaq

Dünya xəbərləri Materials 17 Noyabr 2008 17:05 (UTC +04:00)

Ukrayna, Kiyev, 17 noyabr / Trend müxbir Z.Novosvitski/ Brüsseldə (Belçika) noyabrın 19 - da, səfirlər səviyyəsində Ukrayna - NATO komissiyasının iclası olacaq. Tədbirdə Ukraynanın xarici işlər naziri Vladimir Oqrızko iştirak edəcək. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vasili Kiriliç bazar ertəsi keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, iclasın gedişində NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin dekabr görüşünə hazırlıq məsələsi müzakirə olunacaq. Dekabrda Ukraynanın Şimali Atlantik Alyans?na Üzvlük Fəaliyyəti Planı ilə bağlı müraciəti il? bagl? problemlərə toxunulacaq, Buxarest sammitindən sonra yüksək siyasi səviyyədə intensiv qarşılıqlı əlaqə çərçivəsində, Kiyevin inkişafının ilkin qiymətləndirilməsi aparılacaq.

Oqrızkonun Brüsselə səfəri zamanı onun NATO-nun Baş katibi Yaap de Hoop Shefferlə görüşü planlaşdırılır.

Məqalə müəllifilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti