Türkiyə, Ankara, 05 dekabr/ Trend , müxbir A.Ələsgərov/ Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurasının (MTŞ) himayəsi altında keçirilən "böhranın idarə edilməsi üzrə " təlim məşqdə iştirak edib.
Baş nazir və Türkiyə SQ Baş Qərargahının rəisi ordu generalı İlkər Başbuğ MTŞ- in katibliyində "Böhranın idarə edilməsi üzrə milli təlimlər 2008"in məzmunu və proqramı ilə tanış olublar. "Hürriyet"in verdiyi xəbərə görə, onlar fəal fazası dünən başlamış təlim - məşqlərin videoyazısına baxıblar.
"Böhranın idarə edilməsi üzrə" təlimlərin gedişində Türkiyəyə qarşı mümkün təcavüz ssenariləri və müxtəlif dövlət orqanlarının müharibə şəraitində qarşılıqlı əlaqəsi sxemi işlənilib.