...

Tbilisidə Gürcüstanın ən böyük yarmarkası yanır

Dünya xəbərləri Materials 11 Dekabr 2008 10:44 (UTC +04:00)
Tbilisidə Gürcüstanın ən böyük yarmarkası yanır

Gürcüstan, Tbilisi, 11 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Tbilisi şəhərinin ətrafında Gürcüstanın ən böyük yarmarkası - Liloda cümə axşamı yanğın baş verib. Hadisə yerində olan Tbilisinin Fövqəladə Halların İdarəolunması üzrə Xidmətinin rəhbəri Temur Qiorqadzenin verdiyi məlumata görə, hazırda 300 kvadrat metrədək ərazi yanır. Bu ərazidə ticarət şəbəkələri və mal konteynerləri yerləşir.

Yanğının söndürülməsi üçün 13 yanğınsöndürən maşın səfərbər edilib, lakin yanğını söndürmək hələ ki, mümkün olmayıb. Tbilisidə güclü külək var və bu, yanğınsöndürənlərin işinə mane olur. Yanğın gah bir, gah da digər tərəfdə güclənir.

İlkin məlumatlara görə, yanğın oyuncaq satışı şəbəkəsində baş verib. Sonra bayram fişəngləri partlamağa başlayıb, nəticədə yanğın yarmarka ərazisində sürətlə yayılmağa başlayıb.

Xəbər lenti

Xəbər lenti