Gürcüstan, Tbilisi, 05 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Əməkdaşlıq barədə Gürcüstan-Amerika Xartiyası 2009-cu il yanvarın 9-da imzalanacaq. Gürcüstanın Dövlət Dəftərxanasından verilən məldumata görə, sənədi Vaşinqtonda ABŞ-ın Dövlət Katibi Kondoliza Rays və Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze imzalayacaq.
Xartiya Gürcüstan və ABŞ arasında təhlükəsizlik, iqtisadiyyat və demokratiyanın inkişafı sahələrində əməkdaşlığı nəzərdə tutur. Xartiyanın yekun variantı hələ hazır deyil.
Gürcüstan prezidenti Mixail Saakaşvili əvvəllər bildirib ki, Tbilisi Gürcüstan və ABŞ-ın strateji tərəfdaşlığı haqqında bəndin mətnə daxil edilməsinə nail olacaq. Xartiyanın imzalanması üçün Vaşadze və Gürcüstanın ABŞ-dakı yeni səfiri Vaşinqtona yollanıb.