...

İsrail Qəzzadakı hərbi əməliyyatları dayandırmalıdır - Türkiyə XİN-in rəhbəri

Dünya xəbərləri Materials 7 Yanvar 2009 05:01 (UTC +04:00)
İsrail Qəzzadakı hərbi əməliyyatları dayandırmalıdır - Türkiyə XİN-in rəhbəri

Azərbaycan, Bakı, 07 yanvar / Trend / Qəzzadakı vəziyyətlə əlaqədar çağırılmış BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Türkiyə xarici işlər naziri Əli Babacan bildirib ki, İsrail dərhal hərbi əməliyyatları dayandırmalıdır. O həmçinin deyib ki, BMT Qəzzada uşaqların qətllərinə biganə qalmamalıdır.

Babacan deyib: "Biz qarşıdurmanın aradan qaldırılması üçün ciddi səylər göstəririk. Suriya və Misirə səfərlər edilib. İslam Konfransı Təşkilatının iclası keçirilib. Bu səylər davam etdiriləcək. Münaqişəyə cəlb olunan tərəflərin danışıqlar masası arxasına əyləşmələri vacibdir".

Xəbər lenti

Xəbər lenti