Gürcüstan, Tbilisi, 13 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Tbilisi şəhər məhkəməsi Okruaşvilinin "Vahid Gürcüstan naminə hərəkat" Partiyasının Tbilisinin mərkəzində yerləşən qərargahının əlindən alınması barədə yekun qərar qəbul edib. Hakim Vano Tsiklauri prokurorluğun, bina sahiblərinin mülkiyyət hüququndan məhrum edilməsi və binanın dövlətə verilməsi barədə xahişini təmin edib. Keçmiş müdafiə naziri İrakli Okruaşvili və onunla birgə daha 10 nəfərin binaya dair mülkiyyət hüququnu məhkəmə əsassız adlandırıb və obyekti dövlətin mülkiyyətinə verib.
İddiaçı tərəf 14 gün ərzində məhkəmənin bu qərarı barədə ikinci instansiyaya şikayət etmək niyyətindədir.
"Vahid Gürcüstan naminə hərəkat" Partiyasının baş katibi Eka Beseliya bugünkü məhkəmə prosesini siyasi cəza aktı adlandırıb.
Hazırda keçmiş qərargahda Cənubi Osetiyadan olan qaçqınlar yaşayır.